Xora xəstəliyinin simptomları

Hal hazırda mədə və on iki barmaq bağırsağı xoraları çox yayılmış patologiya sayılır.
Bu xəstəlik zamanı mədə və ya (və) on iki barmaq bağırsağı divarında yaralar (xoralar) əmələ gəlir.

Xəstəliyin əsas simptomu davamlı ağrılardır. Xəstə onları uzun müddət ərzində (hətta bir neçə ay ərzində) hiss edə bilər. Ağrı döş sümüyü ilə qöbək arasında olan nahiyədə hiss olunur. Ağrılar xəstənin dözümündən və xoranın dərinliyindən asılı olaraq müxtəlif intensivliyində olur. Ağrı sızıldayan xarakter daşıyır və qida qəbulu ilə bağlı olur. Belə ki, mədə xorası zamanı ağrılar qida qəbulundan sonra əmələ gəlir, acqarına isə ağrılar sakitləşir. On iki barmaq bağırsağı xorası zamanı isə ağrılar əksinə acqarına və gecə saatlarında əmələ gəlir və qida qəbulundan sonra azalır və ya keçir, 2-3 saatdan sonra isə yenidən əmələ gəlir.

Mədə xorası zamanı ağrılarla yanaşı xəstədə qıcqırma, qusma kimi simptomlar ola bilər. Qusmadan sonra xəstənin vəziyyəti yüngülləşir.

Xora xəstəliyi olan insanlar adətən əsəbi, gərgin olur.


Ardı →

Köp və onun səbəbləri

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.

Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar (bəzən çox güclü) və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. Köpmənin (meteorizm) səbəbləri arasında:

— qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.
Ardı →

Bağırsaqların normal mikroflorası

İnsanın daxilində milyonlarla mikroskopik canlılar yaşayır — bakteriayalar, göbələklər, viruslar və s. Bu canlıların bir hissəsi bizim üçün təhlükəli ola bilər, digərləri isə, əksinə, çox xeyirlidir.

Bağırsaqların normal sağlam mikroflorası insanın səhhətində böyük rol oynayır. Normal sağlam mikroflora dedikdə, biz, əsasən, lakto- və bifidobakteriyaları nəzərdə tuturuq. Bunların digər adı «probiotiklər»dir.

Probiotiklər bizim orqanizmdə çox vacib funksiyaları yerinə yetirir:

— bağırsaqları müxtəlif zərərli mikroblardan, infeksiyalarda, allergenlərdən qoruyur,
Ardı →

Ülgücü həzm edən turşular mədəyə niyə zərər vermir?

Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə bir ülgücü həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?


Ardı →

Tübaj orqanizmi təmizləyir

Tübaj (öd kisəsinin yuyulması) çox effektli və xeyirli müalicəvi və profilaktik üsuldur.

Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır. Ən əsası isə odur ki, tübaj öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Tübaj aşağıdakı xəstəliklər və hallar zamanı çox yaxşı nəticə verir:

— xroniki qəbizlik (həddən artıq dolmuş bağırsaq ödün durğunluğuna gətirib çıxarır);

— öd kisəsi hipokineziyası (öd kisəsinin hərəkətliliyinin azalması),

— doğuşdan sonra. Məsələ bundadır ki, hamiləlik zamanı öd kisəsində sıxılma və hamiləlik hormonlarının təsiri nəticəsində durğunluq yaranır və bu da daşların əmələ gəlməsinə səbəb ola bilər.

— öd kisəsi cərrahi yolla xaric olunduqda. Bu zaman öd müntəzəm olaraq xaric olunmalıdır ki, daşlar öd axarlarında əmələ gəlməsin.

— piylənmə və həddən artıq qida qəbul olunduqdan sonra.


Ardı →

Bağırsaq disbakteriozu

İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar. “Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Onlar orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər. “Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət çəkməyə başlayır.

Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir. Allergiya, ekzema, bronxial astma, yoğun bağırsağın xərçəngi və digər təhlükəli və ağır xəstəliklərin əsas səbəblərindən biri də bağırsaq disbakteriozudur.
Ardı →

Uşaqlarda bağırsaq disbakteriozu

Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.

Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.


Ardı →

Öd kisəsi xəstəliklərinin profilaktikası

Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydalara əməl edəsiniz.
— Düzgün, rasional və hissəvi qidalanma rejimi. İdealda gün ərzində eyni vaxtlarda olmaqla 5-6 dəfəlik qida rejimi məsləhət görülür (bunlardan 3-ü tam dəyərli və 3-ü isə yüngül qəlyanaltı qida qəbulu).

Hər qida qəbulu zamanı onikibarmaq bağırsağa öd ifraz olunur ki, bu da öd kisəsində durğunluğun qarşısını alır. Bu o deməkdir ki, gün ərzində az sayda qida qəbul edilməsi öd kisəsində durğunluğa səbəb olur. Onu da qeyd etmək lazımdır ki, tez-tez qida qəbul edilməsi rejiminə hər gün əməl etmək lazımdır.


Ardı →

Qıcqırmanın profilaktikası

Qıcqırma — bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil. Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür. Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:

1. Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım gəlir.


Ardı →

Mədə necə işləyir?

Ağız boşluğunda hissəvi olaraq emal edilmiş qida udlaqdan qida borusuna, oradan isə mədəyə daxil olur. Mədə — həzm sisteminin genişlənmiş hissəsi olub, qida borusundan keçdikdən sonra qidanın yığıldığı yerdir. 

Mədə sol qabırğaaltı nahiyədə yerləşmişdir. Bu, boşluqlu orqan olub oraya daxil olan qidanın həcmindən asılı olaraq öz ölçülərini xeyli dərəcədə artıra bilir. Ona görə də mədənin ölçüsü və forması hər bir şəxsdə fərdi şəkildə olur.


Ardı →